Euro Style Ltd.
Tiguan.

Korporativ satışlar.

Volkswagen AG-nin Azərbaycandakı rəsmi dileri “Euro Style LTD” avtomobil parkının böyüdülməsi və yenilənməsi məqsədilə 3 (üç) və ya daha çox avtomobil almağı planlaşdıran şirkət və təşkilatlar üçün təkliflər paketi təqdim edir.

Bu halda “Euro Style LTD” sizin müəssisə ilə “Bonus müqaviləsi” imzalayır və beləcə siz “Korporativ proqram”ın üzvü olursunuz.

“Bonus müqaviləsi”nin predmeti olan yeni avtomobillərin alışı və texniki xidməti zamanı tətbiq edilən endirimlər aşağıdakı faktorlardan asılı olaraq formalaşır:

  • Avtomobillərin sayı
  • Müəssisənin avtoparkının həcmi
  • Müəssisənin avtoparkında Volkswagen avtomobillərinin payı
  • Avtomobillərin modelləri

“Korporativ proqram”a üzv olmağın üstünlükləri:

  • Avtomobillərlə yanaşı, ehtiyat hissələri və servis xidmətlərinə endirimin tətbiqi.
  • Müəssisənin əməkdaşlarının da müəssisəyə tətbiq olunan eyni endirimdən yararlanmaq imkanı.
  • Bir necə müəssisənin alış həcmlərini birləşdirmək hesabına daha böyük endirim almaq imkanı.
  • Avtomobil alışının bir müddət (1 ildən gec olmayaraq) sonra planlaşdıran müəssisələr üçün niyyət protokolu imzalanmaq şərtilə endirimlərdən yararlanmaq imkanı.
  • “Korporativ proqram” nın üzvləri üçün gələcəkdə keçiriləcək aksiyalarda iştirak etmək imkanı.

Əlavə məlumat üçün bizimlə əlaqə saxlaya bilərsiniz.
Tel: (+994 12) 497 24 25